Bu gün "Araz-Naxçıvan" və "İmişli" komandaları yay fasiləsindən yararlanaraq yoxlama matçı keçiriblər.
“İki sahil” xəbər verir ki, kollektivlər Bakı Olimpiya stadionunun köməkçi meydanında üz-üzə gəliblər.
Görüş 2:2 hesabı ilə yekunlaşıb. "Araz-Naxçıvan"ın heyətində Mara və Ceyhun Nuriyev fərqlənib.
Qeyd edək ki, Misli Premyer Liqasının ötən mövsümündə "Araz-Naxçıvan" 46 xalla 6-cı, "İmişli" isə 34 xalla 9-cu yeri tutub.