25 iyul 2026 19:33
96

Lukaş Fabianski karyerasını başa vurdu

Tanınmış qapıçı Lukaş Fabianski karyerasını başa vurub.

“İki sahil” xəbər verir ki, polşalı qolkiper 41 yaşında peşəkar futbolla vidalaşıb. O, bu barədə İnstaqram səhifəsində məlumat yayıb.

"Vest Hem"lə müqaviləsi başa çatan Fabianski ötən mövsüm London klubunun heyətinidə cəmi bir oyuna çıxıb.

Təcrübəli qolkiper "Suonsi", "Arsenal", Varşava "Legiya"sı və "Lex" klublarında da çıxış edib. Onun hesabında 516 matç var ki, bunların 144-də qapısını toxunulmaz saxlayıb. 

​Fabianski Polşa millisinin heyətində 57 matç keçirib, bunlardan 24-də qapısını toxunulmaz saxlayıb və 45 qol buraxıb.