25 iyul 2026 21:36
108

Dünya çempionatında 4 azərbaycanlı hakim ədaləti qoruyacaq

İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatında ölkəmizi təmsil edəcək hakimlər müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bir həftə Milli Gimnastika Arenasında davam edəcək mötəbər yarışda I-S kateqoriyalı hakim Sədi Quliyev, həmçinin I kateqoriyalı referilər Kamran Əliyev, Əli Babayev və Zaur Şərifov ədaləti qoruyacaq.

Ümumilikdə dünya çempionatında 68 hakim görüşləri idarə edəcək.