26 iyul 2026 12:46
99

Osimhen üsyan etdi

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen sosial media hesabında canlı yayım zamanı Türkiyə klubunun rəhbərliyini sərt tənqid edib.

“İki sahil” xəbər verir ki, nigeriyalı hücumçu 3 aydır maaş ala bilmədiyini açıqlayıb.

"Üç aydır maaşımı almıram. Mən olmasaydım, dünyada heç kim "Qalatasaray"ı tanımazdı. Əgər pulumu verməsəniz, gedəcəyəm. Nankorlar!”, - futbolçu bildirib.

Qeyd edək ki, Viktor Osimhen “Qalatasaray”a İtaliyanın “Napoli” klubundan 75 milyon avro qarşılığında transfer olunub. O, ötən mövsüm 33 matçda 22 qol vurub və 8 məhsuldar ötürmə edib.