26 iyul 2026 16:07
98

Azərbaycanın U-18 basketbol millisi Avropa çempionatında İslandiyaya uduzub

Azərbaycanın basketbol üzrə oğlanlardan ibarət U-18 millisi Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.

“İki sahil” xəbər verir ki, Xorvatiyada təşkil olunan qitə birinciliyində yığma İslandiya seçməsi ilə üz-üzə gəlib.

Azərbaycan millisi bu görüşdə rəqibinə məğlub olub - 95:56.

Qeyd edək ki, komanda qrupda daha əvvəl keçirdiyi görüşlərdə Polşa millisinə 60:70 hesabı ilə məğlub olub. Ukraynanı isə (77:68) üstələyib. U-18 qrupda növbəti oyununu iyulun 28-də Bakı vaxtı ilə saat 12:30-da Portuqaliya seçməsinə qarşı keçirəcək.