26 iyul 2026 21:45
102

"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi

"Şamaxı" yeni mövsümə hazırlıq çərçivəsində ikinci yoxalama oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, komanda bu gün Qətərin 2-ci liqa təmsilçisi "Əl-Xaritiyat" klubu ilə üz-üzə gəlib.

Qəbələdə keçirilən görüş "Şamaxı"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Uğur Cahangirov, Edqar Adilxanov və Emin Rüstəmov vurublar.

Qeyd edək ki, "Şamaxı" ilk yoxlama matçında "Kəpəz"lə qolsuz heç-heçə edib.