27 iyul 2026 20:07
131

Ən çox danışan

1955-ci ildə İngiltərənin Dartofot  şəhərində  çox danışmaq  üzrə  maraqlı bir yarış təşkil olunub. Şixin adlı bir irlandiyalı  bu yarışda birincilik qazanıb. O, dayanmadan 133 saat danışmağı bacarıb. Daha  sonra, yəni 1977-ci ildə  isveçli Bern  Brant  isə bir saniyə susmadan, fasiləsiz  11 gün7 saat 3 dəqiqə danışmaqla adını tarixə yazıb. İndiyə kilmi  bu   iki “dil ustasına” çatan olmayıb.

Yumurtanın insan orqanizminə xeyri

Uzunmüddətli araşdırmanın nəticələrinə görə, hər gün bir ədəd yumurta yemək sağlamlıq üçün çox faydalıdır. Çünki  yumurta yüksək protein, vitamin və antioksidant tərkibi ilə orqanizmin qidalanmasında vacib rol oynayır. Ürək-damar sağlamlığını dəstəkləyir, “yaxşı xolesterin” (HDL) səviyyəsini tarazlayır və damar tutulması riskini aradan qaldırır.

Yemək vaxtı  süfrəsində yumurta olanların ürək tutması və insult ehtimalı da daha aşağı olur. Həmçinin  bu qidada olan  A, B12, D, E vitaminləri, omeqa-3,  lutein və zeaksantin göz sağlamlığı üçün faydalıdır. Uzunmüddətli  yumurtanın  istifadəsi  katarakta və sarı ləkə xəstəliyi riskini  azalda bilir. Eləcə məlum olub ki, yumurtadakı kolin maddəsi beyin hüceyrələrinin qorunmasına kömək edir, insult riskini azaldır. Tərkibindəki sink və kükürd isə əzələ gücünü artırır, saç və dırnağı sağlam saxlayır.

Ən dəqiq saat

Bizə vaxtı göstərən bu cihaz Kaliforniya alimləri tərəfində yaradılıb.  Məlumat üçün bildirim ki,  müəyyən dövrə qədər planetin  ən dəqiq  vaxt ölçən mexanizmi  375000  ildə  bir saniyə səhvə yol verən saat sayılırdı. İndi kaliforniyalılar  daha dəqiq işləyən  saat düzəldiblər. O,  13  milyon ildə  bircə saniyə  özünü “unudur”. Bu saatlardan əsasən  kosmik  gəmilərin  və səma cisimlərinin  vəziyyətini  təyin etməkdə  istifadə olunur.

Yadplanetlilərin yerə gəlişi... 

Yaponiyalı  alimlər bildirirlər ki, hələlik yadplanetlilərin  yerə  gəlişi  ilə  bağlı real dəlillər  aşkar olunmayıb.  Professor Xitosi Yamaokanın  sözlərinə görə, demək olar ki, onun bütün həmkarları Yerdən kənarda həyat olduğuna inanırlar. Lakin  onlar yadplanetlilərin görünməsini  hələlik cəfəng uydurma  sayırlar.

Yaponiya  alimi onu da bildirir ki, Yerdən kənarda  mümkün  məskunlaşma  Proksima “b” planetində ola bilər. Bu  planet  isə yerdən 4, 3  işıq ili  məsafədə yerləşir.  Məsələyə daha dəqiq   aydınlıq  gətirmək üçün Yaponiyada Astrobioloji Mərkəz  adlanan  institut  vardır, oranın mütəxəssisləri  də Günəş sistemindən kənarda  həyat axtarışı ilə məşğuldurlar.

Misirdə 3600 illik tarixə malik mumiya...

İspaniya arxeoloqları  Misirin cənubunda yerləşən Luksor  şəhərində  qazıntılar zamanı 3600 yaşı olan  mumiya aşkar ediblər. Bu tapıntı e. ə 1600-cü ildə fironların 17-ci sülaləsinin hakimiyyəti dövründə hazırlanıb. Sarkofaqda tapılmış həmin mumiya  yüksək  vəzifəli  məmura məxsusdur, çünki orada  olan yazılardan bu aydın  bilinir.

Kiçilərə təhlükəli, qadınlara etibarlı...

Yapon alimləri sübut ediblər ki, hər 35 ildən bir yerə tökülən  meteorit  yağışı kişilər  arasında  ən dəhşətli epidemiya –impotensiya yaradır. Atmosferin  ozan qatını yararaq planetin  maqnit sahəsində istənilən dəyişiklər yaratmaqla  insanların sağlamlığında  özünü göstərir. Kişi orqanizminin elektromaqnit  sistemi ətraf mühitin təsirlərinə qarşı daha az dözümlü olduğuna görə,  ilk növbədə güclü cini əziyyət çəkir. Genetik informasiyanın daşıyıcısı və qoruyucusu olan qadınlar isə təbiət tərəfindən daha yaxşı, etibarlı  müdafiə olunurlar.  

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü