27 iyul 2026 20:34
120

Azərbaycan millisi Avropa çempionatına görə Afinaya yollandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı Yunanıstanda davam etdirəcək.

“İki sahil” xəbər verir ki, bu gün komandamız bu məqsədlə Afinaya yola düşüb.

İyulun 27-dən avqustun 1-nə kimi davam edəcək təlim-məşq toplanışı çərçivəsində millimizin yoxlama oyunları keçirməsi də nəzərdə tutulur.

Qeyd edək ki, ölkəmiz C qrupuna ev sahibliyi edəcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milli komandaları mübarizə aparacaqlar. Bakıdakı qarşılaşmalar 21-28 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.