01 avqust 2026 14:43
116

Sumqayıtda ev yanıb

Sumqayıt şəhəri, Şəhid Şəhriyar Quiyev küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verib.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, nazirliyinin “112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 70kv.m. olan fərdi yaşayış evində baş vermiş yanğın genişlənərək yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində üçotaqlı fərdi yaşayış evinin ümumi sahəsi 12kv.m. olan mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 30kv.m sahədə yanıb.

Xəsarət alan olmayıb.

Fərdi yaşayış evinin böyük hissəsi və yaxınlıqda yerləşən tikililər yanğından mühafizə olunub.