02 avqust 2026 19:00
88

Yunanıstanda yanğın söndürən iki helikopter havada toqquşub - ANBAAN GÖRÜNTÜ

Avqustun 2-də Yunanıstanda güclü meşə yanğınının söndürülməsi əməliyyatı zamanı iki helikopter havada toqquşub. Hadisə Afinanın Psata bölgəsində baş verib.

Bu barədə ölkənin yanğınsöndürmə xidməti məlumat yayıb.

Yanğınsöndürmə xidmətinin açıqlamasında bildirilir ki, ekipaj üzvlərinin tapılması üçün hazırda xilasetmə əməliyyatı davam etdirilir.

Hazırda Yunanıstan güclü küləklərin alovlandırdığı və sürətlə yaydığı bir neçə meşə yanğını ilə mübarizə aparır.

Trend