Mütəxəssislər öyrəniblər ki, rahat və normal yuxu insanın hansı ölkədə yaşamasından da çox asılıdır. 48 dövlətdən olan 940 minə yaxın vətəndaşın qatıldığı irimiqyaslı eksperimentdən sonra gəldiyi nəticəni tam yəqinləşdiriblər.
Eksperiment zamanı könüllülər iki həftə müddətində unikal “ Sleep Cycle” əlavəsindən istifadə etməklə yuxunun fazalarını, nə qədər çəkdiyini, eləcə digər meyarlarını dəqiqləşdiriblər. Bununla da vətəndaşlarının yuxusu keyfiyyətli və sağlam olan ölkələri öyrəniblər. Slovakiya, Polşa, Macarıstan, Çexiya və Çin sakinləri bu baxımda dünyanın ən xoşbəxtləri sayılıblar. Dünyanın ən erkən yuxudan oyananları isə Cənubu Afrika ölkələrində yaşayanlar olub. Onlar adətən, səhər saat 6-da yorğan-döşəyi yığışdırlar. O da müəyyən olunub ki, çərşənbə həftənin yuxu üçün ən münasib gündür. Şənbə və bazar günü yuxudan doymaq hər adamın işi deyildir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü