05 avqust 2026 01:49
73

Qocalmanın əsas əlamətləri

Alimlər uzunmüddətli araşdırmalardan  sonra  qocalmanın əsas əlamətlərini  öyrənə biliblər. 

Müxtəlif orqan və sistemlərin funksiyalarının  zəiflənməsi, yeriş sürətinin azalması, eləcə idrak, hissiyyat pozğunluqları  ömrünün qış fəsillinin lap yaxında olmağının əsas   göstəricisidir.  Mütəxəssislər görmə, eşitmənin  zəiflənməsini  də yaşlanmanın  əlamətlərdən  sayırlar. Eyni zamanda,  bəzi zərərli  vərdişlər  daha əvvəl insan ömrünü qısalda bilir. Xüsusidə  çox isti duş qəbul etmək  dərinin qocalmasını sürətləndirir.

Alimlər onu da bildirirlər ki,  insan ömrünün bioloji bir həddi var. Yəni hüceyrələrdə yığılan  somatik mutasiyalar  müəyyən müddətdən sonra orqanların  fəaliyyətinə mənfi təsir göstərir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü