Bu balıq növünü amerikalı alimlər aşkarlayıb. O, çoxda böyük deyil, uzunluğu 2, 8 santimetrdir.
Birinci qəribəliyi ondadır ki, üzgəclərindən həm də ayaq kimi istifadə etməyi gözəl bacarır. Məhz buna görə məskəni şirin su hövzələri olan, fərqli anatomik xüsusiyyətləri özündə daşıyan bu balaca canlı digər balıqlardan fərqli olaraq quruda rahat şəkildə yeriyə bilir.
Onun başqa diqqət çəkən özəlliyi isə tamami ilə görmə qabiliyyətindən məhrum olmasıdır.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü