06 avqust 2026 08:58
119

Qızılın qiyməti son yeddi həftənin ən yüksək həddinə çatıb

Hörmüz boğazının yenidən açılması ilə bağlı ümidlərin artması fonunda qızılın qiyməti bu gün ardıcıl dördüncü gündür ki, artaraq son yeddi həftənin ən yüksək səviyyəsinə çatıb.

“İki sahil” xəbər verir ki, “Reuters”in hazırladığı yazıda qızılın qiymətinin 1 faiz artaraq bir unsiya üçün 4,285.69 dollara çatması, bunun isə iyunun 18-dən bəri ən yüksək göstərici olması qeyd olunur.

ABŞ qızıl fyuçersləri isə 0,9 faiz artaraq 4,345.50 dollar olub. Bu artımı, həmçinin ABŞ dollarının zəifləməsi və Xəzinədarlıq istiqrazlarının gəlirliliyinin aşağı düşməsi də dəstəkləyib.

Bundan başqa, İran və ABŞ arasındakı beş aylıq münaqişəni yumşalda biləcək və Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkətini bərpa edəcək İran-Oman sazişi barədə xəbərlərdən sonra bazarda nikbinlik artıb.