Ağ Evin mətbuat katibi Karolin Livitt "The Washington Post" (WP) qəzetində ABŞ-nin raket ehtiyatlarının çatışmazlığı barədə dərc olunan məqaləni Pentaqon rəhbəri Pit Hegsetə qarşı faktiki əsası olmayan, planlaşdırılmış informasiya hücumu adlandırıb.
“İki sahil” xəbər verir ki, o, bu barədə X" sosial şəbəkə hesabında yazıb.
"Bu cəfəngiyatı müəyyən şəxslər hansısa səbəbdən naziri nüfuzdan salmaq məqsədilə bir çox kütləvi informasiya vasitələrində tirajlayıblar. Onların bədbəxtliyindən, Prezident Donald Tramp naziri çox istəyir və onun möhtəşəm nəticələr əldə etdiyini düşünür", — deyə Livitt yazıb.
Qeyd edək ki, qəzet mənbələrinə istinadla xəbər vermişdi ki, iyulun 31-də Kemp-Deviddə keçirilən kabinet iclasının pərdəarxasında Tramp, İranla qarşıdurma fonunda hərbi idarənin silah çatışmazlığı barədə onu yanıltdığını bildirərək Hegsetdən izahat tələb edib. Nəşrin iddiasına görə, Tramp sursat məsələsinin həll olunduğunu düşündüyü üçün Hegsetin üzərinə "həmlə edib".
Livitt bu iddiaları rədd edərək əlavə edib: "Mən Kemp-Deviddə prezident və nazirlə birgə idim. Qətiyyən böylə bir şey baş verməyib".
Avqustun 5-də Pit Hegset CNN telekanalının Pentaqonun əsas sursat ehtiyatlarının təhlükəli həddə qədər azalması barədə xəbərini yalanlayıb.