Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.
“İki sahil” xəbər verir ki, FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 2010-cu il təvəllüdlü Seyidəmirov Asiman Elaqif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Bakı Dövlət Universitetində (BDU) Yer elmləri və ətraf mühit tədqiqatları Mərkəzi yaradılır
Elçin Yusubov Xankəndi, Ağdərə və Xocalıda Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib