08 avqust 2026 11:40
74

Skaloninin gələcəyi ilə bağlı açıqlama

Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia milli komandanın baş məşqçisi Lionel Skaloninin gələcəyi barədə danışıb.

“İki sahil” xəbər verir ki, Tapia 48 yaşlı mütəxəssisin komandada qalmasını istədiklərini bildirib:

"Mən Lioneli çox sevirəm. O, burada çətin günlər yaşadı. Hamımız onun qalmasını istəyirik. Danışıqlar çox irəliləyib. Mənim A, B və C planım Skalonidir", - deyə Tapia "TyC Sports-"a açıqlamasında bildirib.

Skaloni 2018-ci ildən Argentina millisinin baş məşqçisidir. Onun rəhbərliyi altında komanda 2021 və 2024-cü illərdə Amerika Kubokunu, 2022-ci ildə isə dünya çempionatını qazanıb.

Mütəxəssisin müqaviləsi 2026-cı ilin sonuna qədərdir.