ABŞ-da Donald Tramp administrasiyasının təşkilatçılığı ilə Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 250 illiyi münasibətilə "Freedom 250" tədbirləri çərçivəsində təşkil olunan möhtəşəm atəşfəşanlıq Ginnesin Rekordlar kitabına düşüb.
“İki sahil” xəbər verir ki, bu barədə “The Independent” yazır.
Belə ki, ABŞ-nin 250 illiyi münasibətilə "National Mall" ərazisində 840 537 fişəng buraxılıb. Bu göstərici əvvəlki rekordu 29 mindən çox atəşfəşanlıq vasitəsi ilə üstələyib.
Bu nailiyyətin rəsmiləşməsi Prezident Donald Trampın atəşfəşanlıq nümayişinin “tarixin ən böyük atəşfəşanliq şousu” olacağı ilə bağlı vədini yerinə yetirməsi deməkdir.
“Tarixdə heç bir prezident Prezident Trampın ölkəmizin 250 illik yubileyinin tarixi qeyd etmələri çərçivəsində həyata keçirdiyi bu möhtəşəm nailiyyətə imza ata bilməzdi. Bu tədbirə möhtəşəm aviaşou, rekord qıran atəşfəşanlıq nümayişi və yüz minlərlə amerikalı vətənpərvərin qarşısında səsləndirilən ruhlandırıcı nitq daxil idi”,-deyə Ağ Evin sözçüsü Devis İngl açıqlamasında bildirib.
Ukrayna Xəzər Boru Kəməri konsorsiumunun infrastrukturuna hücum etməyəcəyinə söz verib
Pakistan prezidenti Azərbaycanla strateji tərəfdaşlığın möhkəmləndiyini bildirib