Gürcüstan Abxaziya və Samaçablosuz mövcud ola bilməz.
“İki sahil” xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili 2008-ci il avqust müharibəsinin 18-ci ildönümü ilə bağlı çıxışında deyib.
O, ölkənin ərazi bütövlüyünün bərpasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirib. Prezident qeyd edib ki, Gürcüstanın Abxaziya və Samaçablosuz mövcudluğunu təsəvvür etmək mümkün deyil.
"Heç bir Gürcüstan vətəndaşı bu ərazilərin heç bir mərhələdə Gürcüstandan ayrılmasına icazə verməyəcək. Bu, aksiomadır", - deyə Mixeil Kavelaşvili bildirib.
Onun sözlərinə görə, Gürcüstan hökuməti ölkənin ərazi bütövlüyünün bərpasına və münaqişənin sülh yolu ilə həllinə yönəlmiş siyasət həyata keçirir. Gürcüstanın məqsədi abxaz və osetin əhali ilə vahid dövlət çərçivəsində dinc yanaşı yaşamaq və barışığa nail olmaqdır.
M.Kavelaşvili 2008-ci il müharibəsində (Rusiya-Gürcüstan - red.) həlak olan hərbçilərin və mülki şəxslərin xatirəsini də yad edib, onların ailələrinə başsağlığı verib. O bildirib ki, müharibə nəticəsində Gürcüstan ərazilərini itirib, kəndlər və insanlar işğalın nəticələrindən zərər çəkib və bu vəziyyət bu gün də davam edir.