Avqustun 7-dən 8-nə keçən gecə Rusiyanın bir sıra regionları PUA hücumlarına məruz qalıb. Hücumlar nəticəsində yeddi nəfər xəsarət alıb, sənaye obyektlərinə və yaşayış evlərinə ziyan dəyib.
“İki sahil” xəbər verir ki, Krasnodar diyarında PUA qalıqlarının düşməsi nəticəsində İlsk neft emalı zavodunun ərazisində yanğın baş verib. İlkin məlumatlara görə, beş nəfər xəsarət alıb.
Samara vilayətində PUA-ların sənaye müəssisəsinə hücumu olub. Xüsusi xidmət orqanlarının əməkdaşları hazırda hadisə yerində işləyir və hücumun nəticələrini aradan qaldırırlar. Xəsarət alanlar və dağıntılar barədə məlumat dəqiqləşdirilir.
Müdafiə qüvvələri Adıgeydə PUA hücumunun qarşısını alıb. Taxtamukay rayonunun Starobjeqokay aulunda zərərsizləşdirilmiş pilotsuz uçuş aparatının qalıqları köməkçi tikiliyə və fərdi yaşayış evinin şüşələrinə ziyan vurub. Xəsarət alan olmayıb.
Lipetsk vilayətinin Zadonsk şəhərində PUA-nın düşməsi nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Şəhərdə dörd fərdi evə, avtomobilə və elektrikötürücü xəttə ziyan dəyib.
Daha bir PUA Lipetsk şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binasının üzərinə düşüb. İlkin məlumatlara görə, xəsarət alan olmayıb.
İspaniya İtaliyadan hava və dəniz yolu ilə gələnlərin sərhəd yoxlanışına başlayıb
Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır
Bolqarıstanda Trans-Balkan qaz kəmərinin kompressor stansiyasının yaxınlığında dron partlayıb
Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb