08 avqust 2026 16:32
85

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Rusiya və Pakistan iki ölkə arasında ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsi üzərində iş aparırlar.

“İki sahil” xəbər verir ki, bunu Rusiyanın Pakistandakı səfiri Albert Xorev bildirib.

Onun sözlərinə görə, yükdaşımaların Moskva-Feysəlabad və Moskva-Kəraçi marşrutları üzrə hər iki istiqamətdə həyata keçirilməsi planlaşdırılır. Bundan əlavə, Belarusun da layihəyə qoşulması imkanları nəzərdən keçirilir.

Diplomat qeyd edib ki, 2025-ci ildə və 2026-cı ilin əvvəlində regionda geosiyasi gərginliyin artması fonunda layihənin həyata keçirilməsi dəfələrlə təxirə salınıb.

Hazırda tərəflər xidmətlərin göstərilməsi ilə bağlı müqavilə üzərində işi yekunlaşdırır, həmçinin qatarın nəzərdə tutulan hərəkət marşrutu üzərində yerləşən ölkələrdən yükdaşımaların həyata keçirilməsində maraqlı olan şirkətlərin seçilməsi ilə məşğuldurlar.