Almaniyanın şərqindəki Saksoniyanın Plauen şəhərində Almaniya kansleri Fridrix Merts hökumətinin istefası tələbi ilə nümayiş başlayıb. "Projekt M1llion" etiraz hərəkatı bütün ölkə üzrə tərəfdarlarını səfərbər edərək təxminən 10 000 iştirakçının olduğunu elan edib.
“İki sahil” xəbər verir ki, bu barədə DPA agentliyi məlumat verib.
Etirazçılar həmçinin federal hökumətin istefasını və erkən seçkinin keçirilməsini, elektrik enerjisi və qaz qiymətlərinin aşağı salınmasını, ictimai-qanuni teleradioyayımda islahatlar aparılmasını və cinayət törətmiş bütün məhkum qanunsuz qeyri-qanuni miqrantların dərhal deportasiya edilməsini tələb edirlər.
Buna cavab olaraq bir sıra təşkilatlar demokratiya və tolerantlığı dəstəkləmək üçün etiraz aksiyalarına başlayıblar. Şəhərin ober-burqomistri (Almaniya, Avstriya və bəzi digər almandilli ölkələrdə böyük şəhərlərin merinə (bələdiyyə sədrinə) verilən rəsmi vəzifə adıdır - red.) Şteffen Tsenner daha əvvəl dinc etirazlara və təxribatlara yol verməməyə çağırıb.
Polis hələki iştirakçıların sayı barədə rəsmi məlumat yaymayıb.