08 avqust 2026 21:21
114

Zelenski: Serbiya Ukraynaya enerji dəstəyi verəcək

Serbiya Ukraynanın energetikasına dəstək üçün 2 milyon avro ayıracaq və Rusiya zərbələri nəticəsində dağıdılmış şəhərlərdən birinin bərpasına kömək edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Serbiyanın Baş naziri Curo Matsutla görüşünün yekunları üzrə "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, tərəflər Rusiyanın Ukraynaya zərbələrinin nəticələrini, xüsusən də bu gecə qeydə alınan kütləvi hücumu müzakirə ediblər.

"Müştərək iqtisadi və logistika layihələrini - Dunay dəhlizinin inkişafı və Ukrayna, Qərbi Balkanlar, Avropa İttifaqı arasında əlaqələrin gücləndirilməsini ətraflı müzakirə etdik. Bu qışa hazırlıq barədə fikir mübadiləsi aparılıb. Energetikamıza dəstək üçün 2 milyon avro ayırmaq qərarına görə Serbiyaya minnətdaram", - Zelenski yazıb.

Zelenski həmçinin Serbiyanın Ukraynadakı bərpa işlərinə qoşulmaq qərarı barədə məlumat verib: "Zərər çəkmiş şəhərlərimizdən birinin bərpasına qoşulmağa hazır olduğunuza görə təşəkkür edirəm".