08 avqust 2026 21:35
126

Çində "Delfin" tayfununa görə 420 mindən çox insan təxliyə edilib

Çinin şərqində yaxınlaşan güclü "Delfin" tayfunu səbəbindən 420 mindən çox insan təxliyə edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd olunub ki, onlardan 390 mini Çjetszya vilayətinin Tayçjou şəhərindən, 30 mini isə Şanxaydan müvəqqəti olaraq təhlükəsiz yerlərə köçürülüb.

Çin Meteorologiya İdarəsi tayfuna reaksiya səviyyəsini dördüncüdən üçüncüyə yüksəldib.

Meteoroloqların məlumatına görə, küləyinin sürəti 40 m/s-dən çox olan "Delfin" tayfunu avqustun 9-dan 10-na keçən gecə dənizdən Çinin şərq sahillərinə çıxacaq.