Ailə həyatına başlamaq üçün əlverişli günün qeyd edilməsi məqsədilə bütün Yaponiya ərazisində yeni evlənənlərin şərəfinə kollektiv tədbirlər və kütləvi nikah qeydiyyatları keçirilir.
“İki sahil” xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat verib.
Məlumata görə, ajiotaj Yaponiyada şanslı rəqəm hesab edilən üç səkkizin üst-üstə düşməsindən qaynaqlanır. Ölkədə qəbul edilmiş imperatorların hakimiyyəti dövrləri üzrə xronologiya sisteminə əsasən, 8 avqust Reyva dövrünün səkkizinci ilində səkkizinci ayın səkkizinci günüdür.
Xüsusilə Tokionun Ota rayonunda yerli administrasiya səhərdən yüzdən çox yeni evlənən cütlüyü qeydiyyata alıb. Onların sənədləri üzərində "Xoşbəxtlik arzulayırıq!" yazısı olan böyük ekran qarşısında qəbul edilib.
Məlumata görə, oxşar tədbirlər Tokionun digər rayonlarında, eləcə də ölkənin bir çox şəhərində keçirilib.