Macarıstanın paytaxtı Budapeştdə metro stansiyalarından birində yaralı qabanın peyda olması səbəbindən sərnişinlər təxliyə edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Macarıstanın "Portfolio.hu" xəbər portalı məlumat yayıb.
Məlumata görə, təxminən 60 kiloqram ağırlığında heyvan əvvəlcə ölkə parlamentinin qarşısındakı metro stansiyasının yaxınlığında yerləşən çörək sexində görülüb. Daha sonra qaban işləməyən eskalatorlardan biri ilə "Layoş Koşut meydanı" stansiyasının platformasına enib.
Nəqliyyat polisinin əməkdaşı heyvanı görərək stansiyaya gələn qatarın maşinistinə məlumat verib. Bundan sonra təhlükəsizlik məqsədilə platformadakı sərnişinlərdən vaqonlara qayıtmaları xahiş olunub. Qaban qısa müddətə vaqonlardan birinə daxil olub, lakin sərnişinlər xəsarət almayıb.
Daha sonra heyvan qatarı tərk edərək xidməti pilləkənlə relslərə enib, relslərin arasından keçərək qatarın altına girib.
Bu zaman sərnişinlər təxliyə edilib, stansiyanın ətrafı mühasirəyə alınıb. Qabanı fövqəladə halların nəticələrinin aradan qaldırılması xidməti əməkdaşları tutublar.
Hadisə yerinə gələn baytar heyvanın yaralandığını müəyyən edib.
Hakan Fidan: Türkiyənin Kiyev və Moskva ilə münasibətlərinin tərəfləri qıcıqlandıracağını düşünmürəm
Rəsmi Ankara: İran Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın yaratdığı ittifaqın hədəfi deyil