08 avqust 2026 23:09
95

Fransada Luara çayında suyun səviyyəsi kritik həddə çatıb

Fransada Luara çayında suyun səviyyəsi kritik həddə enib.

“İki sahil” xəbər verir ki, bu barədə "BFMTV" televiziya kanalı məlumat yayıb.

Məlumata əsasən, isti hava və quraqlıq səbəbindən çayın məcrası hər gün daha çox üzə çıxır.

Çayın üzərində yerləşən Luaroksans şəhərinin meri Jan-Pol Yue bildirib ki, Luara çayında suyun səviyyəsi ilə fevral ayında, regionda tarixi daşqının qeydə alındığı dövrlə müqayisədə fərq “8-9 metr təşkil edir”.

O, yaxın vaxtlarda yağış yağmasa, şəhərdə içməli sudan istifadəyə müvəqqəti məhdudiyyətlərin tətbiq oluna biləcəyindən narahatlığını ifadə edib.

Reyn və Dunay da daxil olmaqla, digər Avropa çayları kimi Luara çayının da dayazlaşması son aylarda yağıntının azalması və qeyri-adi isti hava şəraiti ilə əlaqələndirilir.