08 avqust 2026 23:45
98

Qırğızıstanda dağa qalxan alpinistlər itkin düşdülər

Qırğızıstanda üç nəfərdən ibarət alpinist qrupu Kurumdı zirvəsinə qalxdıqdan sonra itkin düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə BELTA Belarus Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, qrupun iki üzvü Belarus vətəndaşıdır.

Hazırda xilasedicilər itkin alpinistlərin axtarışına başlayıblar.