09 avqust 2026 01:11
103

Slovakiyada hərbi təlim poliqonunda yanğın baş verib

Slovakiyanın qərbində, Senica şəhəri yaxınlığındakı Zahorie hərbi təlim poliqonunda yanğın baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Slovakiyanın "Pravda" xəbər portalı məlumat yayıb.

Bildirilib ki, təlim meydançasında yanğın "Sahara Slovakia 2026" hərbi-tarixi tədbiri başa çatdıqdan sonra baş verib. Yanğının söndürülməsinə təxminən yüz yanğınsöndürən və helikopterlər də daxil olmaqla 20-dən çox xüsusi texnika cəlb olunub. Portalın məlumatına görə, Slovakiya Müdafiə Nazirliyi yanğınsöndürənlərə kömək etmək üçün hərbi personal və "Black Hawk" helikopterləri göndərib.

Yanğınsöndürmə xidməti əsas məqsədin yanğının yayılmasının qarşısını almaq olduğunu vurğulayıb. Yanğının səbəbi hələlik məlum deyil.