Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsinin icrasına başlanılıb.
Bu gündən etibarən metronun “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb.
Sərnişinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə isə AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres avtobus marşrutu artıq dünəndən fəaliyyətə başlayıb.
Yeni ekspres marşrutlar metro stansiyaları arasında alternativ nəqliyyat əlaqəsi yaratmaq və sərnişin sıxlığını azaltmaq məqsədi daşıyır.
Trend