23 avqust 2026 14:55
123

Prezidentin köməkçisi: Rəsmilər öz aralarında Azərbaycan və özbək dillərinin kombinasiyasında danışmağa çalışırlar

Özbəkistana hər dəfə gələndə dilimizin yaxınlığını özüm üçün yenidən kəşf edirəm. Bir qədər çalışsan adam asanlıqla iddia edə bilərik ki, öz vətəndə danışır.

“İki sahil” xəbər verir ki, bu fikirləri Daşkənddə jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

Onun sözlərinə görə, Özbəkistan və Azərbaycan rəsmiləri öz aralarında Azərbaycan və özbək dillərinin kombinasiyasında danışmağa çalışırlar: "Bu, müəyyən dərəcədə özünü doğruldur. Müvafiq terminoloji məsələlər olduqda bəzi hallarda rus dilində də danışırıq. Amma daha çox çalışırıq ki, özbək və Azərbaycan dillərinə üstünlük verək. Yazılı mətnləri başa düşmək daha asandır, tələffüzü daha çox eşitdiyimiz təqdirdə daha asanlıqla qavramaq mümkündür. Onun üçün də bir qədər praktika lazımdır".