Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və İmişli rayonu ərazisində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Zabrat qəsəbəsi Fərman Salmanov küçəsində, Nizami rayonu Elşən Süleymanov küçəsi 135 ünvanında, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Samir Cəfərov küçəsində, İmişli rayonunun inzibati ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 49 min 400 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Kimya İnstitutunda “Asimmetrik (Enantioselektiv) sintez” mövzusunda elmi seminar keçirilib
Milli Hidrometeorologiya Xidmətindən xəbərdarlıq: Yağış, dolu və sel gözlənilir
Kürdəmirdə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş dəyirmi masa keçirilib