29 avqust 2026 15:29
134

Bakıda hava ilə bağlı XƏBƏRDARLIQ: Yağış və şimşək gözlənilir

Bakıda və Abşeron yarımadasında avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı, yağışın arabir leysan xarakterli olacağı gözlənilir. Yarımadanın bəzi yerlərində şimşək çaxacağı, 31-i axşam isə yağışın intensiv və qısamüddətli güclü olacağı ehtimalı var.

İki sahil” yazır ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Azərbaycanın rayonlarında müşahidə olunan qeyri sabit hava şəraitinin sentyabrın 1-dək davam edəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.