29 avqust 2026 17:24
84

Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib

Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ön dövlət qeydiyyat nişanı olmadan "Chevrolet" markalı, 77-SB-704 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü, 32 yaşlı Məhəmməd Vəliyev saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən, M.Vəliyevin narkotik vasitə qəbul etdiyi müəyyən olunub.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Vəliyev inzibati qaydada həbs edilib və onun nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılıb.