Babək rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Naxçıvan-Şahbuz magistralının Babək rayonu Cəhri qəsəbəsindən keçən hissəsində qeydə alınıb. “Tofaş” və “AzSamand” markalı avtomobillərin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Samirə Yəhya qızı Allahverdiyeva və 2009-cu il təvəllüdlü Ümid Səbuhi oğlu Musayev xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
AZƏRTAC
Kürdəmirdə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş dəyirmi masa keçirilib
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib