Bu ilin yanvar-iyul aylarında “Azərbaycan Hava Yolları” QSC (AZAL) 8,7 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1000 dollar və ya 1,2 faiz çoxdur.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın avqust sayında bildirilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında “Azərbaycan Hava Yolları” QSC-nin ixrac gəlirləri 8,6 milyon dollar olub.
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib
XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub