Çinli həmkarlarımızı Azərbaycanda görməkdən çox məmnunam. Əlbəttə, Azərbaycan və Çin bir çox ortaq cəhətlərə malikdirlər. Ölkələrimizin liderlərinin səyləri nəticəsində bu gün Azərbaycan ilə Çin strateji tərəfdaşdır. Bu, çox mühüm məsələdir.
“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev avqustun 31-də Baş Prokurorluqda Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun yüksək vəzifəli şəxslərdən ibarət nümayəndə heyəti ilə görüşdə deyib.
Baş prokuror qeyd edib ki, iki ölkənin prokurorluq xidmətləri arasında sıx münasibətlərin qurulması və əməkdaşlığın inkişaf etdirilməsi olduqca vacibdir.
O, Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu arasında əməkdaşlıq memorandumunun imzalanmasını yüksək dəyərləndirərək deyib: “Biz prokurorluq orqanları arasında əməkdaşlığın bundan sonra daha da möhkəmlənəcəyinə ümid edirik”.
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib
XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub