01 sentyabr 2026 08:27
63

ABŞ-ın səylərinin əsas hissəsi gəmilərin Hörmüz boğazından sərbəst keçidinin təmin edilməsinə yönəlib

Amerika Birləşmiş Ştatlarının (ABŞ) İranla münaqişədə səylərinin əsas hissəsi gəmilərin Hörmüz boğazından sərbəst keçidinin təmin edilməsinə yönəlib.

“İki sahil” xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Cey.Di.Vens “Fox News”a müsahibəsində bildirib. Xatırladaq ki, avqustun 30-da ABŞ-nin qüvvələri İranın Larak adasındakı 2 raket buraxan qurğuya zərbə endirib. İran isə cavab olaraq ABŞ-nin İordaniyadakı və Birləşmiş Ərəb Əmirliklərindəki bazalarına hücum edib.