1 sentyabr 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf Çinin Milli Dəniz Neft Korporasiyasının (“CNOOC”) sədri Canq Şanczyan ilə görüşüb.
“İki sahil” xəbər verir ki, söhbət zamanı tərəflər dənizdə neft və qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi, hasilatı, neft emalı, neft-kimya sahələrində investisiya imkanlarını, beynəlxalq ticarət üzrə əməkdaşlıq fürsətlərini, yeni texnologiyaların tətbiqi və əməliyyat səmərəliliyinin artırılması istiqamətlərində tərəfdaşlıq məsələlərini nəzərdən keçiriblər.
Görüş çərçivəsində SOCAR ilə “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Sənəd Azərbaycanda və digər ölkələrdə birgə “upstream” layihələrinin həyata keçirilməsini, habelə neft-qaz sektorunda texniki xidmətlər, avadanlıq və texnologiyaların təchizatı, mühəndislik, əməliyyat və texniki dəstək sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini nəzərdə tutur.
SOCAR ilə “Comstock Resources” şirkəti arasında strateji tərəfdaşlıq üzrə Niyyət Məktubu imzalanıb
SOCAR-ın prezidenti Çin İxrac-İdxal Bankının vitse-prezidenti ilə görüşüb - FOTO
Bütün ixtisaslarının dövlət sifarişli yerlərinin keçid balı 600 baldan yüksək olan yeganə universitet Bakı Ali Neft Məktəbi oldu
SOCAR “WIN” Açıq İnnovasiya Proqramı çərçivəsində müraciətlərin qəbuluna başlayır