İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib.
“İki sahil” xəbər verir ki, İtaliya hökumətinin rəhbəri bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. Paylaşımda deyilir: “Hörmətli Prezident İlham Əliyev, bu sözlərə və xalqlarımızı birləşdirən səmimi dostluğa görə Sizə təşəkkür edirəm. İllər ərzində İtaliya və Azərbaycan ortaq baxış və qarşılıqlı maraqlara əsaslanan möhkəm əməkdaşlıq qurublar. Strateji tərəfdaşlığımızı daha da gücləndirmək istiqamətində birgə gördüyümüz işlərdən böyük qürur duyuram. Əminəm ki, qarşıdakı dövrdə xalqlarımızın mənafeyi naminə əməkdaşlıq üçün yeni mühüm və imkanlar yaranacaq”.