Birləşmiş Ştatlar Cənubi Qafqazdakı hazırkı vəziyyəti doğru istiqamətdə inkişaf etdiyini vurğulayır və regionda möhkəm sülhün bərqərar olmasına kömək etməyə davam etmək niyyətindədir.
“İki sahil” xəbər verir ki, bu barədə xarici diplomatik korpusun nümayəndə heyətinin tərkibində Qarabağ regionuna səfər edən ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon bildirib. Onun sözlərinə görə, Vaşinqton ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən görüşündən sonra əldə olunmuş əhəmiyyətli irəliləyişi qeyd edir.
"Bu müddət ərzində əldə edilən irəliləyiş bizi həqiqətən sevindirir. Buna görə də Cənubi Qafqazdakı vəziyyəti birmənalı şəkildə doğru istiqamətdə inkişaf edən vəziyyət kimi qiymətləndiririk", - Karlon bildirib.
O vurğulayıb ki, ABŞ regionda möhkəm sülhün bərqərar olmasına kömək etməyə, o cümlədən rifahın təmin edilməsinə yönəlmiş layihələr vasitəsilə dəstək göstərməyə sadiqdir.
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlıqla bağlı videoçarx paylaşılıb
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanda təmsilçiliyi genişləndirir