Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik korpuslarının nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Kəlbəcər rayonunda keçirilən Bal Festivalında iştirak ediblər.
“İki sahil” xəbər verir ki, diplomatlar festivalda nümayiş olunan yerli arıçıların məhsullarına, o cümlədən müxtəlif növ bal və digər arıçılıq məhsullarına baxıblar.
Festival Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilib. Tədbir İDEA İctimai Birliyi tərəfindən Azərbaycan Prezidentinin Kəlbəcər rayonu üzrə xüsusi nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi, "Aqrar Tədarük və Təchizat" ASC və Azərbaycan Arıçılar Assosiasiyası ilə birgə təşkil olunub. Festivalda Qarabağ, Şərqi Zəngəzur və Azərbaycanın digər bölgələrindən otuz dörd arıçı fermer iştirak edib. Tədbirdə həmçinin İDEA tərəfindən həyata keçirilən "Gənc arıçı" layihəsinin iştirakçılarının məhsulları da təqdim olunub.
Festival konsert proqramı ilə davam edib.
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir
Qaradağ rayonunun Ələt qəsəbəsində YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirilib
İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib