Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
“İki sahil” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilir. Bildirilib ki, müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə məlumatları ilə tanış ola bilərlər. Qeyd edilib ki, test imtahanında keçid balını toplayan şəxslərin əməkhaqqına 10 faiz, 51 bal və daha yüksək nəticə əldə edən şəxslərin əməkhaqqına isə 35 faiz əlavə tətbiq ediləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir
Qaradağ rayonunun Ələt qəsəbəsində YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirilib
İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib