ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli sülh danışıqlarının yeni mərhələsi oktyabrda baş tuta bilər.
“İki sahil” xəbər verir ki, Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov bunu Kiyevdə keçirilən YES görüşü çərçivəsində "İnterfaks-Ukraina" xəbər agentliyinə açıqlamasında bildirib. "Hazırlaşırıq. Oktyabr ayına..", - Budanov deyib. O, həmçinin üçtərəfli formatın müzakirə olunduğunu təsdiqləyib. Lakin danışıqların mümkün yeri barədə şərh verməkdən imtina edib.
Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio xüsusi elçilər Stiv Uitkov və Cared Kuşnerin həftəsonu Kiyevdə və Moskvada keçirilən danışıqları məzmunlu adlandırıb və onların danışıqların bərpasına yol açacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, 6 sentyabrda Uitkov və Kuşner Kiyevdə olublar, Prezident Volodimir Zelenski və avropalı tərəfdaşlarla danışıqlar aparıblar. Bir gün əvvəl onlar Moskvaya səfər ediblər və Rusiya lideri Vladimir Putinlə görüşüblər.
Görüşdən sonra Prezident Volodimir Zelenski Ukraynanın ABŞ və Rusiyanın iştirakı ilə müharibəyə son qoymaq üçün üçtərəfli danışıqlara qayıtmağa hazır olduğunu bildirib. O, həmçinin Ukrayna, ABŞ və Avropa nümayəndələrinin iştirakı ilə sonrakı görüş barədə razılığın əldə olunduğunu açıqlayıb.
Lavrov: Zelenskinin Moskvaya dəvət edilməsi Rusiya tərəfindən “xoşməramlı jestdir”
Gürcüstanın Baş Prokurorluğu Baramidzeni dövlətə xəyanət və təxribatda ittiham edib