Sumqayıtda azyaşlının avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb.
“İki sahil” xəbər verir ki, 1963-cü il təvəllüdlü Rüstəmov Loğman Abas oğlu idarə etdiyi "Isuzu HC 45" markalı avtobusla piyada azyaşlı Həsənli Turan İlqar oğlunu ehtiyatsızlıqdan vurub. Azyaşlı hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.