“İki sahil” xəbər verir ki, şirkət sosial şəbəkə hesabında paylaşdığı təbrik mesajında Azərbaycanın dövlət suverenliyini və müstəqilliyini simvolizə edən bu əlamətdar günün əhəmiyyətini vurğulayıb.
“Ölkənin bütövlüyü və azadlığı uğrunda mübarizə aparan qəhrəmanları hörmət, rəhmət və minnətdarlıqla yad edirik. Azərbaycanın Dövlət Suverenliyi Günü mübarək olsun”, – deyə paylaşımda qeyd olunub.