SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Xankəndi şəhərində vətəndaş qəbulu keçirib. Birlik rəhbəri Xankəndi və ətraf rayonlardan qəbula gələn vətəndaşların müraciətlərini dinləyib.
“İki sahil” xəbər verir ki, müraciətlər əsasən işə qəbul, iş yerinin dəyişdirilməsi, sahibkarlıq obyektlərinin və fərdi yaşayış evlərinin qazlaşdırılması ilə bağlı olub.
Baş direktor hər bir müraciətlə bağlı ətraflı məlumat verib.
Bir sıra məsələlərin isə yerində baxılması və araşdırılması üçün Qarabağ Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib