28 sentyabr 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf “MAIRE Group”un baş icraçı direktoru Alessandro Bernini ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan ilə İtaliya arasında enerji sektorunda əlaqələrin dinamik inkişaf etdiyi bildirilib. SOCAR-ın İtaliyadakı fəaliyyətinin, o cümlədən “Italiana Petroli” şirkətinin səhmlərinin alınmasının ölkələrimiz arasındakı uğurlu əməkdaşlığın təzahürü olduğu vurğulanıb.
Söhbət zamanı SOCAR ilə MAIRE şirkəti arasında ötən illər ərzində neft emalı və neft-kimya sənayesində formalaşmış səmərəli tərəfdaşlıqdan məmnunluq ifadə olunub.
Tərəflər neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran istiqamətlər üzrə yeni birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.
Azərbaycan və İtaliya arasında enerji sektorunda əlaqələrin inkişafı müzakirə olunub
“SOCAR Türkiyə”nin qrup şirkəti “Petkim”də yeni investisiya mərhələsi başlayıb
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb