Oktyabrın 6-da Bakıda “Orta Dəhliz boyunca infrastrukturun, yaşıl enerjinin və rəqəmsal bağlantının maliyyə imkanları” mövzusunda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı işə başlayıb.
“İki sahil” xəbər verir ki, konfransın məqsədi ikitərəfli və regional iqtisadi əməkdaşlığı dərinləşdirmək, eləcə də Azərbaycanda və daha geniş regionda dayanıqlı inkişafın dəstəklənməsi üçün Almaniya və Avropa maliyyəsi, texnologiyası və ekspertizasını cəlb etməkdir. Konfrans Almaniya, Azərbaycan və tərəfdaş ölkələrdən dövlət nümayəndələrini, maliyyə institutlarını, layihə sahiblərini və biznes liderlərini bir araya gətirib. Tədbir çərçivəsində investisiya imkanları müzakirə olunacaq, həmçinin Orta Dəhliz boyunca infrastruktur, enerji keçidi və rəqəmsal bağlantı sahələrində strateji layihələrin maliyyələşdirilməsi imkanları nəzərdən keçiriləcək.
Konfrans Bakıda regional əməkdaşlıq və konstruktiv dialoq üçün mühüm platforma rolunu oynayacaq.
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub
AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb
Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib
Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib