06 oktyabr 2026 16:36
100

Xaçmaz Dəmiryol Vağzalının binasının təmiri başa çatıb

ADY 124 yaşlı Xaçmaz Dəmiryol Vağzalının binasının əsaslı təmirini başa çatdırıb.

Bu barədə "İki sahil"ə ADY-dən məlumat verilib.

Məlumata əsasən, Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunan binada orijinal görünüş saxlanılmaqla kompleks yenidənqurma aparılıb.